Rabyo "Yuventus"dan gedə bilər.
Fanat.Az xəbər verir ki, bunu insayder Fabritsio Romano yazıb. İyunda müqaviləsi başa çatacaq yarımmüdafiəçi azad agent olacaq.
"Mən Çempionlar Liqasında oynamaq istəyirəm. Bu gələcəyimlə bağlı qərar verməkdə əsas həlledici amildir. "Yuventus"la yeni sözləşmə ilə bağlı danışıqlar olmayıb. Ancaq hələ vaxta var. Hazırda bu məsələ ilə bağlı yeni xəbər yoxdur", - deyə Rabyo Romanoya deyib.
Qeyd edək ki, A Seriyasında xalları silindikdən sonra "Yuventus"un mövsümün sonundaki nəticələrinə əsasən ÇL-ə getmək şansı azdır.
Röya