Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç rəhbərlik etdiyi yığmanın AÇ-2024-ün seçmə mərhələsinin ilk oyunları üçün heyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, heyətdə "Real Madrid"in 37 yaşlı ulduzu Luka Modriçin də adı var.
Martın 25-də Uels seçməsini qəbul edəcək xorvatlar 3 gün sonra Türkiyənin qonağı olacaq.
Qeyd edək ki, DÇ-2018-in gümüş, DÇ-2022-nin bürünc medalını qazanan Modriçin milliyə çağırılıb-çağırılmayacağı bəlli deyildi. Bəzi mənbələr Qətədəki mundialda "damalılar"ın kapitanı olan yarımmüdafiəçinin yığma karyerasını bitirəcəyini iddia edirdi.
Nihat