"Yuventus" argentinalı vinger Anxel Di Marianı saxlamaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano klubun direktoru Françesko Kolvoya istinadən məlumat verib.
Klub funksioneri bu barədə belə deyib: "“Biz Di Marianı saxlamaq istəyirik. O, soyunub-geyinmə otağında liderdir. Biz danışıqları sakit şəkildə davam etdiririk”.
"Yuventus"un Anxel Di Maria ilə hazırki müqaviləsinin müddəti bu mövsümün sonuna kimi hesablanıb.
Mirağa