AZAL baxışa daha bir futbolçu çağırıb. Fanat.az xəbər verir ki, bu, «Simurq»un baş məşqçisi Georgi Çixredze ilə eyni ad-soyadı daşıyan gürcü futbolçudur.
Çixradzenin 25 yaşı var və müdafiə mövqeyində çıxış edir. Onun son iş yeri Gürcüstanın «Liakvi» klubu olub. Çixradze əvvəllər vətənində «Olimp» «Dila», «Çixura» Latviyada isə «Dauqava» klublarının şərəfini qoruyub.
İdman24.az