Fil Dişi Sahili çempionatında faciə yaşanıb.
Fanat.Az xəbər verir ki, "Rasinq Abican"la SOL komandalarının görüşündə 21 yaşlı futbolçu Mustafa Silla dünyasını dəyişib.
Abican klubunun gənc müdafiəçisi oyunun gedişində yıxılaraq keçinib. Təcili tibbi yardımın həkimləri dərhal müdaxilə etməyə çalışsalar da, cəhdlər yetərli olmayıb.
SAD NEWS 😭
— Africa Soccer Zone (@AfricaSoccer_zn) March 5, 2023
Ivory Coast and Racing Club d'Abidjan defender, Sylla Moustapha has passed away after suffering what looks like a cardiac arrest in his sides Ligue 1 match against SOL FC.
Moustapha joined RCA from Malian side Djoliba AC.
May his soul REST IN PEACE 🙏 🇨🇮 pic.twitter.com/PNvnEWFiwl
Mustafa Silla ötən ilin yayında Malinin "Coliba" klubundan transfer olunmuşdu.
Mirağa