Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol İngiltərə klublarının hədəfindədir.
Fanat.Az xəbər verir ki, "Leyptsiq"in futbolçusu yayda Avropanın ən çox tələb olunan oyunçusu ola bilər.
Bunu insayder Fabritsio Romano deyir. Onun sözlərinə görə, "Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola 21 yaşlı Qvardiola heyrandır. "Liverpul" yanvardan, "Çelsi" isə hələ keçən yaydan Yoşkonu transfer etməyə can atır. Yayda Xorvatiya millisinin üzvü uğrunda gərgin mübarizə gedəcək.
Röya