Martın 9-12-də Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda 49 ölkənin komandası iştirak edəcək.
Fanat.Az xəbər verir ki, yarışlarda ümumilikdə 170 idmançı mübarizə aparacaq.
Azərbaycanı bu yarışda dörd gimnast təmsil edəcək. Kişilərin yarışında İvan Tixonov və Nikita Simonov, qadınların yarışında isə Nazirin Teymurova və Samirə Qəhrəmanov qüvvəsini sınayacaq.