Futbolun İnkişaf Fondu rəsmi sosial şəbəkə hesabı vasitəsi ilə "Turan 100k" layihəsinin başa çatdığını açıqlayıb. Tovuz təmsilçisinə alınan avtobusun isə komandaya nə vaxt təqdim olunacağı və layihədə iştirak edənlərin şəkillərinin nəqliyyat vasitəsinin üzərində əks olunmasını təmin edən işlərin nə vaxt görüləcəyi barədə indilik dəqiq məlumat verilməyib.
Fanat.Az xəbər verir ki, FİF-in bəyanatı belədir:
"Futbolun İnkişaf Fondunun 28 iyul 2022-ci il tarixində “Turan Tovuz” futbol klubu üçün start verdiyi “Turan100k” layihəsi artıq tamamlanmışdır.
Layihədə iştirak edən hər kəsə təşəkkür edirik!
Layihənin tamamlanması ilə əlaqədar sayt yenilənir. Klub üçün avtobus artıq əldə olunub, qısa vaxtda kluba təhvil veriləcək. Layihənin maliyyə məsələləri ilə əlaqədar hesabatı yaxın zamanda ictimaiyyətə təqdim olunacaq".
Məlumatı Tovuz təmsilçisi ilə dəqiqləşdirməyə çalışsaq da, klubun sözçüsü Süleyman Tağıyev bu gün üçün "Turan Tovuz"a əlavə informasiya verilmədiyini söylədi.
Qeyd edək ki, avtobusun fotosu İxtiyar Əsgərova məxsusdur.
Nihat