Ermənistan təmsilçiləri Bakıda keçiriləcək Dünya Kubokuna qatıla bilər.
Fanat.Az xəbər verir ki, ölkənin 8 şahmatçısı yarışa vəsiqə qazanıb. Bunlar Elina Danielyan, Lilit Mkrtçyan, Anna Sarkisyan, kişilərdən isə Ovannes Qabuzyan, Qabriel Sarkisyan, Samvel Ter-Sahakyan, Şant Sarkisyan və Hayk Martirosyandır.
Hazırda onların Bakıya gəlib-gəlməyəcəyini söyləmək çətindir. Qeyd edək ki, daha əvvəl - 2015-ci ildə Bakıda təşkil olunan analoji yarışda Ermənistan təmsilçiləri iştirak ediblər.