Aqil Məmmədov "Neftçi" ilə oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi qələbə qazandıqları qarşılaşmanı dəyərlinlirib:
“Qələbə həmişə sevindiricidi. “Neftçi” ilə oyunda isə ikiqat sevinclidi. Özüm bu klubda oynamışam, ölkənin ən güclü komandasıdı. “Neftçi”yə qarşı motivasiya başqa cür olur. Komanda yaxşı oynadı, sürət və əks-hücumlar var idi. Hesab böyük ola bilərdi. Komandanı və azarkeşləri təbrik edirəm. “Neftçi”nin müdafiəyə meylli futbolçuları azdı. Biz də bundan istifadə etdik. Rəqibin heyətində həmişə istedadlı futbolçular olub. Öz oyunumuzla layiqli qələbəmizi qazandıq”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol