Serbiyada şahmat üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda ötən gün 5-ci turun oyunları keçirilib.
Qitə çempionatında 19 azərbaycanlı şahmatçı iştirak edir. Bunlar Nicat Abasov, Eltac Səfərli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov, Xəzər Babazadə, Riad Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.
Avropa çempionatı
5-ci tur
Eltac Səfərli - Boris Gelfand (İsrail) 0,5:0,5
Qreqorj Nasuta (Polşa) - Nicat Abasov 0,5:0,5
İvan Sariç (Xorvatiya) – Namiq Quliyev 1:0
Manuel Petrosyan (Ermənistan) – Vüqar Rəsulov 1:0
İdo Qorşteyn (İsrail) - Misrətdin İsgəndərov 0,5:0,5
Ülvi Sadıxov – Vahap Sanal (Türkiyə) 1:0
Vüqar Əsədli – Xəzər Babazadə 1:0
Denis Kadriç (Monteneqro) – Riad Səmədov 1:0
Xaqan Əhməd - Aydın Süleymanlı 0:1
Məhəmməd Muradlı - Georgios Mitsis (Yunanıstan) 0,5:0,5
Aron Pasti (Macarıstan) - Abdulla Qədimbəyli 0,5:0,5
Omer Reshef (İsrail) – Vüqar Manafov 0:1
David Qorodetski (İsrail) – Elmar Atakişiyev 1:0
Vahe Danielyan (Ermənistan) - Əhməd Əhmədzadə 0,5:0,5
Ülviyyə Fətəliyeva – Vlatko Saviçeviç (Serbiya) 1:0
Şahin Vəliyev - Antuan Bornel (Fransa) 0,5:0,5
Nail Bəşirli – Ronit Levitan (İsrail) 1:0
Turnir cədvəli: Anton Korobov (Ukrayna) - 5 xal, Stamantis Kurkulos-Arditis (Yunanıstan), Eltac Səfərli - hərəyə 4,5, 23. Abasov - 4 xal.