Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, Ağatahir Əzimovun rəhbərlik etdiyi gənclər millisi sabahdan hazırlığa başlayacaq.
Təlim-məşq toplanışı martın 15-dək davam edəcək. Əzimov hazırlıq prosesinə 14 futzalçı dəvət edib:
1. Nahid Abbasov U-19
2. Sunay Həsənov U-19
3. Şahbaz Həndəmli U-19
4. Əhməd İsmayılov U-19
5. Nüsrət Fərzəli U-19
6. Elşən Mahmudov U-19
7. İlham Alıyev U-19
8. Fərid Abbasov Baku Fire
9. Kənan Rovşani Baku Fire
10. Rüfət Məmmədli Baku Fire
11. Qudrət Qasımzadə Baku Fire
12. Sadiq Əlizadə Baku Fire
13. Kərim Babayev Zirə
14. Əli Quliyev ADBTİA
Qeyd edək ki, U-19 AÇ-nin əsas mərhələsində Fransa və Bosniya və Herseqovina ilə qarşılaşacaq.
22 mart. Saat 20:00 Şiroki-Briyeq, Pecara İdman zalı. Fransa - Azərbaycan
23 mart. Saat 23:00 Şiroki-Briyeq, Pecara İdman zalı. Bosniya və Herseqovina - Azərbaycan
25 mart. Saat 20:00 Şiroki-Briyeq, Pecara İdman zalı. Azərbaycan - Yunanıstan