Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Fransa PSJ-sinə "2" verən (2:0) “Bayern Münhen”in vitse-kapitanı Tomas Müller matçın ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, UEFA ilk qol epizodunda əsas pay sahiblərindən olan təcrübəli hücumçuya MVP mükafatı təqdim edib.
Müller qurumun rəsmi saytına açıqlamasında qələbəni belə şərh edib: “Belə oyunların xarakteri odur ki, həmişə dözməli və ələ düşəcək şansı gözləməlisən. İkinci hissədə müdafiəyə daha yaxşı nəzarət etdik. Daha yaxşı oynadıq və sonda qələbəyə layiq idik”.
Qeyd edək ki, "Bayern Münhen" Çempionlar Liqasında keçirdiyi son 40 oyunun yalnız birində qol vura bilməyib, PSJ isə son 10 cavab matçından yalnız birində səfərdə qalib gəlib.
Mirağa