PSJ-nin baş məqçisi Kristof Qaltye komandası Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda evdə 0:1 hesabı ilə yenildiyi "Bayern Münhen"ə səfərdə də udazaraq (0:2) mübarizəni dayandırandan sonra klubdakı gələcəyindən danışıb.
Fanat.Az-ın məlumatına görə, onun dediklərini sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Komandadakı gələcəyim barədə danışmaq tezdir. Hər şey rəhbərlikdən və prezidentdən asılı olacaq. Üzgünəm. Bu turnirlə bağlı ümidlərimiz çox idi. Mövsümün qalan hissəsinə köklənmişəm".
Qeyd edək ki, Qaltye ötən ilin yayından PSJ-ni çalışdırır.
Nihat