PSJ-nin hücumçusu Kilian Mbappe komandası evdə yenildiyi (0:1) "Bayern Münhen"ə səfərdə də uduzaraq (0:2) Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırandan sonra açıqlama verib.
Fanat.Az-ın "RMC Sport"a istinadən məlumatına görə, ulduz futbolçu komandadakı gələcəyi barədə sualı belə cavablandırıb:
"Hazırda komandadakı gələcəyimlə bağlı götür-qoy etmirəm. Bu barədə narahat deyiləm. Artıq mənim üçün cari mövsümdə yeganə hədəf Fransa çempionatında qələbədir. Sonrasına baxacağıq".
Qeyd edək ki, 2018-ci ildən PSJ-də çıxış edən Mbappenin parislilərlə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. Transfer qiyməti 180 milyon avro ilə dəyərləndirilən Kilianın bu yay "Real Madrid"ə satılacağı barədə məlumatlar səngimir.
Nihat