Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda evdə 0:1 hesabı ilə yenildiyi "Bayern Münhen"ə səfərdə də udazaraq (0:2) mübarizəni dayandıran PSJ-nin sözügedən turnirin qalibi olmaq həsrəti bir qədər də uzanıb.
Fanat.Az-ın məlumatına görə, parislilər ÇL-i qazanmayan klublar arasında bu yarışda ən çox oyun keçirən ikinci komanda ünvanına sahib çıxıb.
İndiyədək 137 ÇL matçında mübarizə aparmış Fransa təmsilçisi bu göstəricidə yalnız London "Arsenal"ına uduzur. İngiltərə nəhəngi bu günə qədər qitənin ən nüfuzlu klub turnirində 177 oyun keçirsə də, turnirin kubokuna qovuşa bilməyib.
Nihat