"Bayern Münhen"in qapıçısı Yan Zommer Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən PSJ ilə matçda (2:0) komandanın müdafiəçisi Matteys de Liqtin onun səhvini sığortalayaraq topu boş qapıdan çıxarmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Zommer UEFA-nın rəsmi saytına bir cümlə deyib:
"Ona İsveçrə şokoladı ilə dolu yük maşını göndərəcəyəm".
Xatırladaq ki, bu rəqibini səfərdə də yenən (1:0) "Bayern" adını ÇL-in 1/4 finalına yazdırıb.
Nihat