Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə 0:1 hesabı ilə uduzduqları "Milan"la qolsuz heç-heçə edərək qitənin ən nüfuzlu klub turniri ilə vidalaşan "Tottenhem"in baş məşqçisi Antonio Konte açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, italiyalı mütəxəssisin dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"İlk oyunda tərəflərin hər ikisi aparıcı futbolçulardan bəzilərinin yoxluğundan əziyyət çəkirdi. Bu gün "Milan" həmin futbolçuları sıralarına qaytarmışdı. Menyan onlar üçün çox önəmli fiqurdur. O, özünü ən yaxşı tərəfdən göstərdi.
İlk yarıda nədənsə tələsirdik. Hədəfimiz irəli getmək və pressinq tətbiq etmək idi. Ancaq "Milan" təzyiqə tab gətirməyi bacardı. Uşaqları qınamıram, onlar bacardıqlarını etdilər.
Məncə, hələ çıxdığımız yolun ortasındayıq. Ötənilki ilə müqayisədə nəzərəçarpacaq dərəcədə "artırmışıq". Belə oyunlarda oyunun taleyini həll edəcək liderimizin olmadığı sezilir. İndi çempionata köklənməli və mövsümü mümkün qədər yaxşı başa vurmaq barədə düşünməliyik".
Nihat