"Milan"ın hücumçusu Olivye Jiru evdə 1:0 hesabı ilə yendikləri "Tottenhem"lə səfər qarşılaşmasında qolsuz heç-heçəyə razılaşaraq Çempionlar Liqasının 1/4 finalına yüksəlmələrindən danışıb.
Fanat.Az xəbər verir ki, bu görüşdən bir gün öncə hərarəti qalxdığı və meydana çxımaq ehtimalının sual altında düşdüyü deyilən fransızın söylədiklərini "Рazzidifanta.com" belə çatdırıb:
"Oyun çətin alındı. Nəticə isə bizim üçün çox dəyərlidir. Bu mövsüm Çempionlar Liqasında yaxşı çıxış etmək əsas hədəfimiz idi. 1/4 finala layiqli mübarizə sayəsində yüksəldik. Təəssüf ki, yaxşı imkanlarımız olsa da, qol vura bilmədik. Amma nəticəni komanda ruhu hesabına qazandıq.
Əslində, ötən il də pis oynamamışdıq. Sadəcə, çox çətin qrupa düşmüşdük".
Nihat