Bu gün Azərbaycan Premyer Liqasında XXVI tur start götürəcək.
Turun açılış matçı Gəncədə keçiriləcək. "Zirə" səfərdə "Kəpəz"in qonağı olacaq.
Paytaxt təmsilçisi meydana üç itki çıxacaq. Klubun mətbuat katibi Elmar Abdullazadə Fanat.Az-a bildirib ki, Hacıağa Hacılı, Sərtan Taşkın və Vladislav Kulas zədəli olduqları üçün görüşü kənardan izləyəcəklər.
Qeyd edək ki, “Kəpəz” - “Zirə” matçı 15:00-da start götürəcək.
Röya