17:53 11.03.2023 198

Ayxan Abbasov: “Bu gün sırf nəticəyə köklənməli deyilik”

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 26-cı turunda "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. "Qəbələ"nin oturuşmuş heyəti var, yüksək pillələr uğrunda mübarizə aparırlar. Biz bu gün daha çox nəticəni fikirləşirdik. Evdə bəzi matçlarımız olub ki, yaxşı oynayıb məğlub olmuşuq. Bu, futbolçuların üzərində psixoloji gərginlik yaradırdı. Hava isti idi. Keçid dövrüdür, bir-iki matç çətin olacaq. Bizim də, rəqibin də qol vəziyyətləri oldu. Hər xal bizim üçün vacibdir. Dördüncü dövrə çox çətin keçəcək. Yolumuza davam edəcəyik.

Natan Oduvanın zədələnməsi bizim üçün böyük itkidir. "Neftçi" ilə matçda zədələnmişdi. Dünən bizimlə məşq etmişdi, yaxşı idi. Matçdan əvvəl eyni yerdən xəsarət aldı. Runi Eva da zədələndi. İtkilərimiz var. Milli fasilədən sonra gərgin qrafikimiz olacaq. Hamının sağlam olması vacibdir.

Növbəti mövsüm üçün hansısa yeri tutmaq qarşıma məqsəd qoyulmayıb. Ağır keçid dövründən keçdik. Bu gün şükürlər olsun ki, kluba sponsor gəlib. Onların da futbola baxışı önəmli idi. İsətiyirik ki, Tovuza gələn rəqiblər buranın bölgə olmasını hiss etməsinlər. İşıqlandırma sistemi, yeni meydançalar salmaq lazımdır. İnkişaf etmək istəyirik. Rəhbərliyin məndən nə istədiyini bilirəm. Gücüm çatmayan bir şey olsaydı, razı olmazdım. Səbrli olmalıyıq. Bir ildə hər şeyi dəyişmək olmur. Sabit olmaq lazımdır. Bu gün sırf nəticəyə köklənməli deyilik. Rəhbərliyin yanaşması xoşuma gəlir. Hər məşqçi istəyər ki, bir yerdə uzun müddət işləsin. Sağolsunlar ki, mənə güvənirlər. Bizim işimiz çox çətindir. Bizə inanırlar, onların inamını doğrultmalıyıq. Artıq indidən gələn mövsümün komandasını qurmaq istəyirik. İndidən oyunçular izləyirik. “Turan Tovuz"un inkişafı üçün səbrli olmalıyıq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

18:40

1-ci Liqada mövsümə yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X