Azərbaycan Premyer Liqası çərçivəsində dünən keçirilən matçda - "Qəbələ" ilə ev oyununda (1:1) zədələnən "Turan Tovuz"un futbolçusu Runi Evanın son vəziyyətinə aydınlıq gəlib.
Tovzuluların sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, müayinə zamanı Runinin zədəsinin ciddi olmadığı bəlli olub və hücumçu komandanın bugünkü məşqinə qatılıb.
Qeyd edək ki, sözügedən forvard 58-ci dəqiqədə oyundan alınmışdı.
Nihat