Azərbaycanın akrobatika gimnastikası üzrə yığmasının üzvləri Portuqaliyanın Maya şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıblar.
Fanat.Az xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında birinci yerə layiq görülüb.
Qeyd edək ki, idmançılar ötən il eyni yarışda bürünc medala sahib çıxıblar.