"Bayern Münhen"in yarımmüdafiəçisi Kinqsli Koman Çempionlar Liqasının 1/8 finalının hər iki oyununda məğlub edərək (1:0, 2:0) mübarizədən kənarlaşdırdıqları PSJ-nin ulduzlarını - Kilian Mbappeni və Lionel Messini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Telefoot" onun dediklərini belə çatdırıb:
"Mbappeyə qarşı hər hansı plan qurmamışdıq. Əsas məqsədimiz onun Messi ilə əlaqəsini kəsmək idi. Adətən biz güclü pressinq edən komandayıq. Ancaq PSJ ilə oyunlarda bir qədər geriyə çəkildik ki, onlar boşluqlardan faydalana bilməsinlər".
Nihat