Gələn mövsümdən 5 illik inkişaf strategiyasını həyata keçirməyi hədəfləyən "Neftçi"nin heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, hazırda "Zirə"nin formasını geyinən Eldar Quliyevdir.
"Zirə" bu qış Ukraynanın "Minay" klubundan aldığı futbolçu ilə 3,5 illik müqavilə imzalasa da, "ağ-qaralar" Ukraynanın U-21 millisində də çıxış edən Eldarın heyətə qatılmasında israrlıdır.
Qeyd edək ki, Azərbaycanın U-16 yığmasında da 1 matça çıxan Quliyevin əsas millimizə dəvət ediləcəyi gözlənilir.
Nihat