Avropa çempionatının 2022/2023 mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Qazaxıstanla açılış matçında əsas söz sahibi belçikalı, Bosniya və Herseqovinayla görüşdə ruminiyalı, Monteneqroyla son oyunda isə moldovalı ədalət təmsilçisi olacaq.
UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq. B Liqasının 2-ci qrupunda mübarizə aparacaq komandamızın oyunlarını idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
Azərbaycan – Qazaxıstan
22 mart. Saat 17:00. Novi Gradski stadionu (Ugljevik)
Baş hakim: Viki De Cremer (Belçika)
Baş hakimin köməkçiləri: Margot Jacobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina)
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)
Bosniya və Herseqovina – Azərbaycan
25 mart. Saat 17:00. Etno Selo Stanişiçi stadionu (Biyelina)
Baş hakim: Ana Maria Alexandra Terteleac (Rumıniya)
Baş hakimin köməkçiləri: Alexandra Apostu (Rumıniya), Ana Ciobotaru (Moldova)
Dördüncü hakim: Elena Gobjila (Moldova)
Monteneqro – Azərbaycan
28 mart. Saat 16:00. Etno Selo Stanişiçi stadionu (Biyelina)
Baş hakim: Elena Gobjila (Moldova)
Baş hakimin köməkçiləri: Ana Ciobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina)
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)