Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçiriləcək. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiyiət verəcək.
AFFA-nın iki iki futbolçuya ağır cəza verməsi gözlənilir. Bunlardan biri Ettodu ki, onun cəzası daha ağır olacaq. Belə ki, "Bakı"nın futbolçusu "İnter"lə oyunda baş hakim Rəhim Həsənova kəllə atıb. Ədalət təmsilçisinə fiziki təzyiq göstərən braziliyalını ən azı 6 oyunluq cəza gözləyir ki, bu da onun üçün mövsümün bitməsi anlamına gəlir.
"Neftçi"dən Araz Abdullayev isə azarkeşləri hədəfə alıb. Millimizin üzvü "Sumqayıt"la matçın sonlarında fanatlara qarşı qeyri-etik ifadələr işlətdiyinə görə meydandan qovulub. Arazı ən azı 3 oyunluq cəza gözləyir.
Bu matçda qeyri-idman hərəkətə görə ikinci sarı vərəqəni alan "Sumqayıt"ın üzvü Uğur Pamuk 1 oyunluq cəzalandırılacaq.
Fanat.az