I divizionun lideri "Araz Naxçıvan" "Karvan"la matçın hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, son turda "Göyəzən" üzərində böyükhesablı qələbə qazanan Muxtar Respublika təmsilçisi istirahət etmədən növbəti görüş üçün məşqlərə start verib.
Gündə iki dəfə olmaqla məşq prosesini davam etdirən komandanın heyətində yalnız bir cəzalı futbolçu var. Bəxtiyar Soltanovun Yevlaxda keçiriləcək oyunda iştirak etməyəcəyi dəqiqdi. Hücumçudan başqa heyətdə cəzalı və zədəli futbolçuların olmaması baş məşqçi Əsgər Abdullayevi sevindirən məqamlardı.
"Araz Naxçıvan"ın Yevlaxa yola düşəcəyi vaxt da dəqiqləşib. Komand aprelin 26-da Gəncəyə, ordan isə Aran zonasına yollanacaq.
Fanat.az