AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyununa biletlərin hamısı satılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
“Raiffeisen Arena”da keçiriləcək oyun üçün 17 min bilet satışa çıxarılıb. Bir neçə saat ərzində biletlərin hamısı tükənib.
Azərbaycan millisi ilə matçdan üç gün sonra Estoniya ilə eyni stadionda baş tutacaq görüşə də maraq böyükdür. Həmin qarşılaşma üçün satışda cəmi 1000 biletin qalıb.
Qeyd edək ki, martın 24-də keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.