AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İsveç yığmasının heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahını ölkənin futbol federasiyasının rəsmi saytı yayımlayıb.
26 futbolçunun yer aldığı heyətdə "Milan"ın 42 yaşlı hücumçusu Zlatan İbrahimoviç də var.
Qapıçılar: Kristoffer Nordfeldt (AIK), Robin Olsen, ("Aston Villa", İngiltərə), Viktor Yohansson ("Roterham Yunayted", İngiltərə)
Müdafiəçilər: Emil Holm ("Spetsiya", İtaliya), Ludvig Auqustinsson ("Malyorka", İspaniya), Hyalmar Ekdal ("Bernli", İngiltərə), Viktor Nilsson Lindelöf ("Mançester Yunayted", İngiltərə), İsak Hein ("Verona", İtaliya), Joel Andersson ("Midtüllan", Danimarka), Qabriel Qudmundsson ("Lill", Fransa) Edvin Kurtuluş ("Hammarbü"), Karl Starferlt ("Seltik", Şotlandiya)
Yarımmüdafiəçilər: Yesper Karlsson (AZ, Niderland), Emil Forsberq (“Leyptsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtüllan”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Spetsiya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa)
Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Quayson (“Əl-Ettifaq”, Səudiyyə Ərəbistanı), Anthoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri”, İngiltərə)
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçikanı, martın 27-də isə Azərbaycan millisini qəbul edəcək.