Futbol üzrə Azərbaycan I Divizionda XXI tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun bağlanış matçında lider "Araz Naxçıvan"la "Zirə-2" üz-üzə gəlib.
Naxçıvanda baş tutan görüşdə meydan sahibləri asan qələbə qazanaraq zirvədə yerini möhkəmləndirib. Beləliklə, Azər Bağırovun komandası ardıcıl altıncı qələbəsini qazanıb.
15 mart
“Araz Naxçıvan” – “Zirə-2” 3:0
Qollar: De Saboa İv Lüsyen, 29. Orxan Əliyev, 60. Fərid Kərimzadə, 86.
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Asif Abdullayev, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elman Musayev
Naxçıvan Muxtar Respublika stadionu, 15:00 (canlı/Insports.Tv)
Qeyd edək ki, turun qalan oyunları martın 13-14-də keçirilib: “Neftçi-2” – “Qarabağ-2” 3:0 (Vüsal Əsgərov, 50. İsmayıl Zülfüqarlı, 57-pen. Hüseyn Babayev, 77), “Səbail-2”– “İmişli” 2:0 (Emin Rüstəmov, 18. Taleh Qarayev, 90+3), “Qaradağ Lökbatan” – “Şamaxı-2” 0:1 (Asim Əlizadə, 51, “Mingəçevir” – “Kəpəz-2” 1:1 (Roman Hüseynov, 59 - Nemət Musayev, 8), “Sumqayıt-2” – MOİK 0:1 (İlham Allahverdiyev, 58-pen), “Qəbələ-2” – “Turan Tovuz-2” 2:0 (Xəyal Xudaverdiyev, 51. Mehrac Baxşalı, 54).