"Liverpul" Çempionlar Liqasında özünəməxsus antirekordu müəyyənləşdirib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Çempionlar Liqasının 1/8 finalında iki oyunun nəticəsinə görə "Real Madrid"ə böyük hesabla məğlub olub.
Karlo Ançelottinin komandası ilk görüşdə “Enfild”də 5:2 hesablı qələbə qazanıb. "Santyaqo Bernabeu"da keçirilən cavab oyununda da ispanlar üstün olublar - 1:0. Beləliklə, "Liverpul" "Kral klubu"na 2:6 hesabı ilə uduzub. Bu, "Liverpul"un ÇL-dəki ən böyük iki oyunluq məğlubiyyətidir.
Ötən mövsüm Yürgen Kloppun komandası ən mötəbər klub turnirində uğurlu çıxış edərək, finala yüksəlmiş, həlledici oyunda elə həmin “Real Madrid”ə 0:1 hesabı ilə məğlub olmuşdu.
Mirağa