UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada 4 futbolçu - Erlinq Holand (“Mançester Siti”), Hakan Çalhanoğlu (“İnter”, İtaliya), Kərim Benzema (“Real Madrid”) və Viktor Osimhen (“Napoli”) iddialıdır.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə bəlli olacaq. Həftənin ən yaxşı oyunçusunun adı sabah elan olunacaq.
Qeyd edək ki, 1/8 finalın həftəiçi baş tutan cavab görüşlərində "Mançester Siti" "Leypsiq"i 7:0, Real Madrid" "Liverpul"u 1:0, "Napoli" "Ayntraxt Frankfurt"u 3:0 hesabı ilə məğlub edib, "İnter" "Portu" ilə 0:0 edib.