Yürgen Klopp baş məşqçi postunu tutandan sonra "Liverpul" "Real Madrid"ə daha çox uduzur.
Fanat.Az xəbər verir ki, "Kral klubu" almanın təyinatından bəri 6 dəfə "qırmızılar"la üz-üzə gəlib və bunların beşində qələbə qazanıb.
İspanların yolları Klopplu "Liverpul"la yalnız Çempionlar Liqasında kəsişib. "Real" 2017/2018-in finalında (3:1), 2020/2021-in 1/4 finalında (3:1), 2021/2022-nin finalında (1:0), eləcə də 2022/2023 mövsümünün 1/8 finalının hər iki matçında (5:2, 1:0) İngiltərə nəhəngini yenib. Yeganə heç-heçə isə 2020/2021 mövsümündə, 1/4 finalın "Enfild"dəki cavab qarşılaşmasında qeydə alınıb.
Nihat