AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatında XXXI turun oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
İntizam Komitəsi "Rəvan" - “Qəbələ” matçında stadionda PFL və Respect bayraqlarının olmadığından meydan sahiblərini 500 manat cərimələyib.
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca "İnter"lə oyunun 49-cu dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 500 manat cərimə olunub. 89-cu dəqiqədə isə “İnter”in baş məşqşisi Rüstəm Əliyev hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. Onun cəzası 5 oyun olub. Klub buna görə 2500 manat cərimə edilib. "İnter" 5 futbolçusu sarı vərəqə aldığından əlavə 500 manat da ödəyəcək.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol