“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan “Qəbələ” ilə ev oyunundan sonra (2:0) keçirilən ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis belə danışıb:
“Dinamik oyun oldu. Cavidlə Vüqar “Şamaxı”da yaxşı işlər görürlər. Topa nəzarət etmək, hücumda yaxşı çoxalmaq istəyirdik. Daha da inkişaf etməyə ehtiyacımız var”.
- Allaş 2 qol vurdu. Başqa mövqelərdə də fayda verə bilərmi?
- 3 mövqedə oynaya bilir. Komandaya hələ tam uyğunlaşmasa da, ondan gözləntilərimiz böyükdü. Gələcəkdə daha yaxşı Allaş görəcəyimizə inanıram.
Nihat