10:32 18.03.2023 555

“Sabah” “Neftçi”dən bir qədər də uzaqlaşdı – Tura baxış

Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları başa çatdı.

Bu turdan sonra milli komandaların oyunu ilə əlaqədar çempionatda fasilə yarandı. Fasilədən kimin necə yararlana biləcəyini zaman göstərəcək. İndilik dəqiq bilinən odur ki, “Qarabağ” əmin addımlarla növbəti çempionluğa doğru irəliləyir. Hal-hazırda “köhlən atları” dayandıra biləcək rəqib Azərbyacan çempionatında yoxdur.

“Sumqayıt” – “Qarabağ” 0:6
Qollar:
Leandro Andrade, 7; 49. Musa Qurbanlı, 12; 45+3. Abdullah Zubir, 21. Səbuhi Abdullazadə, 88-öz qapısına.

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Kamran Aliev
Baş məşqçi: Samir Abasov
"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Avrokuboklarda və ölkə kubokunda mübarizəni dayandıran “Qarabağ” bütün diqqətini Misli Premyer Liqasında yönəldib. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi bütün gücünü meydana qoyur, futbolçular ağır qrafikdən əziyyət çəkmir. Nəticə göz qabağındadır. Ötən tur “Səbail”in qapısına 3 cavabsız top vuran “Qarabağ” bu dəfə ikiqat artıq sayda qolu “Sumqayıt”ın qapısından keçirdi. Artıq 12-ci dəqiqədə meydan sahibləri iki dəfə məyus olmuşdular. Fasiləyə qədər bu say 4-ə çatdı. İkinci hissədə qonaqlar bir qədər sakitləşdilər. Bununla belə “Sumqayıt” azarkeşləri daha iki dəfə üzüldülər. Bu yerdə onu da qeyd edək ki, “Gənclik şəhəri”nin təmsilçisi əvvəlki turda “Sabah”ın vurduğu 4 qola cavab verə bilməmişdi.

71 xallı “Qarabağ” yoluna məğlubiyyətsiz davam edir. 8-ci pillədəki “Sumqayıt”ın isə 21 xalı var.

“Zirə” – “Sabah” 0:2
Qollar:
Davit Volkov, 52. Coy Lens Mikels, 62.

"Zirə": 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Ancelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 96. Donald Gerye, 9. Loris Bronyo, 19. Vladislav Kulaç, 47. Məhəmməd Hamdaui, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
"Sabah": 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

Elə həmin gün “Sabah” da növbəti qələbəsinə sevindi. Murad Musayevin çalışdırdığı komanda “Zirə”ni ikinci hissədə vurduğu qollarla məyus etdi. “Zirə” Tovuzda qələbəyə sevinsə də, ondan sonra komandanın işləri qaydasında getmir. Rəşad Sadıqovun yetirmələri xüsusiylə də qol vurmağa çətinlik çəkirlər. Bu da hücumçuların həlledici məqamlarda dəqiq və effektiv zərbələr vura bilməməsiylə bağlıdı. Ardıcıl xal itkiləri “Zirə”nin mükafat və avrokuboklara vəsiqə arzusuna da böyük zərbə vurur. 
“Sabah” isə özünə gəlib. Masazır təmsilçisinin bu mövsüm gümüş medal qazanacağına indi çox az adam şübhə edə bilər. 62 xal toplayan “Sabah” ikinci pillədə möhkəm dayanıb. 4-cü pillədə 37 xalla qərarlaşan “Zirə” isə daha çox ortabab statusuna uyğun gəlir.

“Səbail” – “Turan Tovuz” 1:1
Qollar:
David Qomis, 28 – Turan Vəlizadə, 45.

“Səbail”: 1. Emil Balayev 10. Ağabala Ramazanov (k) 2. Adil Nağıyev 96. İlkin Muradov 6. Cabir Əmirli 15. Vüqar Həsənov 11. Qoba Zakpa 99. David Qomis 88. Matiya Lyuyiç 5. Petro Stasyuk 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 14. Rahid Əmirquliyev 9. Mirabdulla Abbasov 7. Ruslan Hacıyev 3. Turan Manafov 17. Rafael Məhərrəmli 8. Elmir Tağıyev 22. Samir Abdullayev 27. Emil Martinov 30. Franko Mazurek 21. Kizito Luvaqa 23. Qustavo de Fransa
Baş məşqçi: Şahin Diniyev
“Turan Tovuz”: 1. Tərlan Əhmədli 4. Şəhriyar Əliyev (k) 39. Sadiq Quliyev 8. Şakir Seyidov 6. Turan Vəlizadə 55. Xulu Siyanda 30. Piruzi Marakvelidze 17. Natan Oduva 25. Denis Marandiçi 19. Runi Eva 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 13. Mehman Hacıyev 3. Tərlan Quliyev 77. Cavid Tağıyev 7. Ehtiram Şahverdiyev 10. Xəyal Nəcəfov 99. Veysəl Rzayev 88. Faiq Hacıyev 15. Vüsal Məsimov 9. Belajdi Pusi 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov

“Turan Tovuz” yenə də heç-heçəyə razılaşdı. Bu dəfə də qərb təmsilçisinin iştirakı ilə keçən oyunda 1:1 hesabı qeydə alındı. Ayxan Abbasovun çalışdırdığı komanda ötən tur “Qəbələ” ilə görüşdən eyni hesabla ayrılmışdı. Bayılda keçirilən görüşü izləyənlər razılaşar ki, hesab ədalətli idi və meydandakı rəqiblər bir-birindən  üstün görünmürdülər. Halbuki, “Səbail” sonuncu pillədən qurtulmaq üçün qələbəyə can atmalı, daha istəkli olmalı idi.

Düzdür, meydan sahibləri görüşdə hesabı açan tərəf oldular. Lakin bundan artığını etmək, hesabdakı üstünlüyü möhkəmlətmək mümkün olmadı. Belədə “vurmayana vurarlar prinsipi” işə düşdü, tovuzlu qonaqlar Emil Balayevin qoruduğu qapıya cavab qolunu vurdular. Heyətində xeyli legioner olan “Səbail” ikinci hissədə ciddi heç nəylə fərqlənə bilməyincə görüş də heç-heçəylə bitdi.

18 xallı “Səbail” hələ də bütün rəqiblərinə aşağıdan yuxarı baxır. 28 xalı olan “Turan Tovuz” isə xeyli vaxtdır ki, 6-cı sıranı “özəlləşdirib”.

“Neftçi” – “Kəpəz” 2:2
Qollar:
Emin Mahmudov, 65. Eddi İsrafilov, 71 – Yusif Nəbiyev, 57. Salif Sisse, 73.

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
"Kəpəz": 71. Mario Mustapiç, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 21. Martins Junior.
Ehtiyat oyunçular: 68. Orxan Sadıxlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 9. Mate Kvirkviya.
Baş məşqçi: Tərlan Əhmədov.

Bu qarşılaşmanın nəticəsi çoxları üçün sürpriz oldu. İkinci dövrədə inamlı oynayan, heç də asanlıqla qol buraxmayan “Neftçi” “Kəpəz”lə görüşdə xal itirdi. Özü də Brkiçin qoruduğu qapıya birdən-birə iki qol vuruldu. “Kəpəz”in əzmkarlığı, apardığı mübarizə alqışlanmalıdı. Bəli, gəncləlilər meydanda vuruşdular, zaman-zaman “Neftçi”dən üstün göründülər. Amma etiraf etmək lazımdı ki, Elçin Məsiyevin VAR-dakı hakimlərin də dəstəyi ilə “Kəpəz”in qapısına vurulan üçüncü qolu qeydə almaması xeyli şübhəli idi. Boqomolski ötürməni qəbul edərkən oyundan kənar vəziyyətdə deyildi. Qeydə alınmayan qol hakimlərin, Sissenin 73-cü dəqiqədə “Neftçi”nin qapısından keçirdiyi top isə “ağ-qaralar”ın müfafiəçilərinin vicdanına yazılmalıdı.

Qələbə qazana bilməyən “Neftçi” “Sabah”dan bir qədər də uzaqlaşdı və ikinci pilləyə olan ümidlər xeyli azaldı. 56 xallı “Neftçi” indi “Sabah”dan 6 xal geri qalır. 1 xalı qənimət sayan “Kəpəz” isə xalını 22-ə yüksəltdi. Gəncəlilər 7-ci sırada qərarlaşıb.

“Qəbələ” – “Şamaxı” 2:0
Qollar:
Əyyub Allaş, 19; 45+1.

"Qəbələ": 1. Səlahət Ağayev, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 33. Hüseyn Mürsəlov, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
"Şamaxı": 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli

Turun son oyun günündə “Qəbələ” “Şamaxı”nı məğlub etdi. “Qırmızı-qaralar”ı yeni transfer Əyyub Allaş sevindirdi. “Qəbələ”nin legioneri 19-cu dəqiqədə hesabı açdı, fasilə ərəfəsində isə “dubl”unu rəsmiləşdirdi. İkinci hissədə inamla müdafiə olunan meydan sahibləri qələbə hesabını qoruya bildi. “Zirə”nin uduzduğu turda bu qələbənin əhəmiyyəti böyük idi. Artıq “Qəbələ” ilə “Zirə” arasındakı xal fərqi birə enib. 5-ci sıradakı “Qəbələ”nin 36 xalı var. “Şamaxı” isə sonuncu pilləyə düşmək təhlükəsindən xilas olmayıb. 20 xallı əyalət təmsilçisini sonuncu sıradakı “Səbail”dən cəmi iki xal ayırır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X