Yunanıstanda Azərbaycan komandasının iştirakı ilə bədii gimnastika üzrə Dünya Kuboku turniri start götürüb.
Fanat.Az xəbər verir ki, qrupların yarışında ikinci komanda ilə təmsil olunan komandamız beş halqa ilə hərəkətdə çıxış edib. Leyla Əliyeva, Səkinə İbrahimbəyli, Fatimə Məmmədzadə, Zöhrə Paşazadə, Nərgiz Ramazanova və Fidan Yusifzadədən ibarət komanda 29,800 xal qazanaraq 12-ci nəticə göstərib.
Yarışın ikinci günündə qruplar üç lent və iki topla mübarizə aparacaq.
Fərdi yarışda Alina Məmmədova və Mədinə Dəmirova məharətini nümayiş etdirib. Halqa və topla hərəkətlərdən sonra birinci ümumilikdə 51,850 xal toplayaraq çoxnövçülükdə 38-ci, Dəmirova isə 44-cü (49,150) pillədə qərarlaşıb.