Həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Disput” - “Kubinka” matçında dava düşüb. Fanat.az xəbər verir ki, 17-ci dəqiqədə “Disput”un futbolçusu Araz İbadlı “Kubinka”nın oyunçusu Elvin Mehrəliyevi vurduqdan sonra hər iki klub arasında dava düşüb və oyun yarımçıq dayandırılıb.
AFFA-nın İntizam Komitəsi Araz İbadlı baş vermiş davanın səbəbkarı olduğu üçün 6 oyunluq cəzalandırıb. Hər iki klubun təqsiri nəticəsində oyun sona kimi oynanılmadığı üçün “Disput” və “Kubinka”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Fanat.az