"Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli Avropa Liqasının 1/4 finalındakı rəqiblərinə - "Sportinq"ə meydan oxuyub.
Fanat.Az xəbər verir ki, o, "qoca sinyora"nın "Twitch" kanalına belə danışıb:
"Sportinq"lə oynamaq, şübhəsiz, çətin olacaq. Ancaq onlar bizdən qorxmalıdırlar".
Qeyd edək ki, "Yuventus" - "Sportinq" qarşılaşması aprelin 13-də, Turində keçiriləcək. Tərəflərin cavab görüşü aprelin 20-də, Lissabonda reallaşacaq.
Nihat