Azərbaycan millisinin bu gün Avstriya ilə oyun üçün sifariş ərizəsi açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytında dərc olunan 23 nəfərlik siyahıda Avstriya və İsveçlə matçlara dəvət edilən 26 futbolçudan 3-nün adı yer almayıb.
Baş məşqçi Canni de Byazi müdafiəçilər Azər Salahlı, Ceyhun Nuriyev və hücümçu Rüstəm Əhmədzadəni bugünkü matçın heyətinə salmayıb. Daha əvvəl isə zədəsi səbəbindən Mahir Emreli də millinin həyətindən çıxarılmışdı.
Beləliklə, Avstriya ilə matçda Emil Balayev, Yusif İmanov, Səlahət Ağayev, Azər Əliyev, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Tellur Mütəllimov, Bəxtiyar Həsənalızadə, Höccət Haqverdi, Toral Bayramov, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Riçard Almeyda, Filip Ozobiç, Elvin Camalov, Aleksey İsaev, Eddi İsrafilov, Namik Ələsgərov, Özancan Kekçu, Ramil Şeydayev, Musa Qurbanlı və Renat Dadaşovun meydana çıxmaq şansı olacaq.
Xatırladaq ki, Avstriya - Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.