"Neftçi"nin futbolçusu Araz Abdullayevin "Sumqayıt"la oyunda tərbiyəsizlik edərək azarkeşi söyməsi hələ də gündəmdən düşmür və pislənilir. Fanat.az xəbər verir ki, "UltraAslan" və "UltraNeftçi" fan-klublarının rəhbəri, "Neftçi"nin ən sadiq azarkeşlərindən olmuş Ceyhun Əzizli də məsələyə sərt reaksiya verib:
"Arazın çirkin əməllərini pisləyirəm. Heç bir futbolçunun azarkeşi təhqir etməyə ixtiyarı yoxdu. Onun bundan əvvəll etdiyi çirkinliklər cavabsız qaldığından bu gün daha da irəli gedərək, azarkeşi söyür. Haqqında ciddi tədbir görülməlidi. Bundan başqa, Araz efirə çıxıb hər kəsdən üzr istəməlidi".
rekord.az