“Qalatasaray”la bu gün keçiriləcək xeyriyyə məqsədli yoldaşlıq görüşü ərəfəsində "Qarabağ”ın heyətinə başqa klubdan daha bir oyunçu cəlb olunub.
Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov “Zirə”nin hücumçusu Hamidu Keytanı komandaya dəvət edib.
28 yaşlı fransalı oyunçunun bugünkü matçda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, bundan əvvəl bu görüşə "Zirə"dən Anar Nəzirov və Vild-Donald Gerye, "Şamaxı"dan isə Rauf Hüseynli və Nihad Quliyev dəvət olunub.
Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-sa başlanacaq.
Mirağa