Türkiyə Superliqasının 27-ci turunda səfərdə "Ümraniyəspor"la qarşılaşacaq "Konyaspor" bu gün istirahət edəcək.
Fanat.Az Anadoludabugün"ə istinadən xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin forma geyindiyi "yaşıl-ağlar" sabah günün ikinci yarısında bir araya gələrək məşqləri bərpa edəcəklər.
Qasıq nahiyyəsində ağrı hiss etdiyi üçün Azərbaycan millisinin seçmə oyunlarına gəlməyən forvard fərdi şəkildə çalışır. Bununla belə klubun həkimləri onu qarşıdakı bir həftə ərzində sağaltmağa çalışırlar. Mənbənin məlumatına görə, komandanın baş məşqçisi Aleksandr Stanoyeviç "Qalatasaray"la (2:1) oyunda özünü yaxşı tərəfdən göstərən Mahiri qarşıdakı matçda da sərəncamında görmək istəyir.
Qeyd edək ki, "Ümraniyəspor" - "Konyaspor" görüşü aprelin 2-də olacaq və Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Mirağa