Fransa millisinin baş məşqçisi Didye Deşam daha təcrübəli Antuan Qrizmannı yox, Kilian Mbappeni "xoruzlar"ın yeni kapitanı təyin etməsi barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Telefoot" onun dediklərini belə çatdırıb:
"Kilianda bu məsuliyyəti daşımaq üçün lazım olan hər şey var. O, gənc futbolçularla təcrübəlilər arasında əlaqə yarada biləcək oyunçudur. Ancaq bu, o demək deyil ki, Antuanın üzərində böyük məsuliyyət olmayacaq. Mbappenin kapitanlıq bacarıqları varsa, Qrizmann da yığmada başqalarına kömək edəcək".
Qeyd edək ki, hazırda Qrizmann Fransa seçməsinin vitse-kapitanıdır.
Nihat