Fransa millisinin ulduzu, baş məşqçi Didye Deşam tərəfindən yığmanın yeni kapitanı təyin edilən Kilian Mbappe bu barədə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, 24 yaşlı forvardın dediklərini "Telefoot" belə çatdırıb:
"Öz ölkənin yığmasının kapitanı olmaq həmişə simvolikdir. Biz milyonlarla fransalını təmsil edirik. İndi mən belə desəm, komandanın əsas təmsilçisiyəm. Möhtəşəm bir şeydir. Uşaq olanda bu haqda düşünürdüm.
Sən kapitansansa, deməli, çox şeyə diqqət yetirməli, hər şeydən öncə komandanı fikirləşməlisən. Mən komanda yoldaşlarını idarə edən kapitan olmaq istəmirəm. Məncə, heyətimizdə önəmli futbolçuların sayı çoxdur. Hə, hazırda gəclərlə təcrübəlilər arasında körpü funksiyasını yerinə yetirirəm. Ancaq bu yöndə hər hansı təzyiqdən söhbət gedə bilməz. Hər şeyin yaxşı olacağına inanıram".
Nihat