15:12 23.04.2014 748

Mustafa Dənizli və "Neftçi" üçün son şans - AFİŞA

Sabah Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yekun vurulacaq. Fanat.az xəbər verir ki, bu mərhələnin iki oyunundan sonra finalda üz-üzə gələcək komandalar müəyyənləşəcək.


"Neftçi" titulsuz qalacaq?


Saat 17.00-da "Rəvan" - "Neftçi" oyununu start veriləcək. Kubokun 1/4 final mərhələsinədək hamı üçün asan rəqib hesab olunan "Rəvan" artıq öz sözünü deməyi bacarıb. Kubokun ilk oyununda "Bakı"ya uduzub, cavab matçında qələbə qazanan və penalti seriyasında yarımfinala vəsiqə əldə edən Güvənc Kurtarın komandası əzmkar oyunu ilə seçilir. Bu səbəbdən "Rəvan"dan sürpriz gözləməyə dəyər. Əslində ilk oyunun son dəqiqələrində bərabərliyi təmin edən komanda "Neftçi"yə ilk sürprizini edib. Cavab matçında "Rəvan"ın mərhələ adlaması yəqin ki, daha az adamı təəccübləndirəcək.


"Neftçi" üçün bu matçın önəmi daha böyükdü. Son 3 mövsümün çempionu və kubokun son qalibi mövsümü titulsuz bitirmək təhlükəsi ilə üzləşib. Çempionluğu əldən verən, sona 5 tur qalmış ikinci pillədəki "İnter"dən 3 xal geri düşən Böyükağa Hacıyevin yetirmələri ardıcıl iki mövsümdə kuboku qazanmaqla azarkeşlərini sevindirmək istəyir. Bunun üçün isə əvvəlcə "Rəvan" səddini keçmək lazımdı.


İlk oyundakı qollu heç-heçə (1:1) ən çox "Rəvan"a sərf edir. Güvənc Kurtarın komandası ev oyununda 0:0 hesablı heç-heçə və istənilən hesabla qələbə sayəsində mərhələ keçəcək. "Neftçi" isə finala çıxmaq üçün ya qələbə qazanmalı, ya da 2:2 və daha böyük hesablı heç-heçəyə nail olmalıdı. Əsas vaxtın 1:1 hesabı ilə yekunlaşması oyunu əlavə vaxta və penalti seriyasına aparacaq.


İtkilərlə dolu paytaxt derbisi


Hər iki komanda meydana ciddi itkilərlə çıxacaq. "Rəvan"da ilk matçda sarı vərəqə limitini doldurmuş Cəmşid Məhərrəmovla Orxan Lalayev matçı buraxacaq. "Qəbələ" ilə Premyer Liqa oyununda zədələnən və iki aylıq sıradan çıxaraq mövsümü erkən bitirən Estoniya yığmasının üzvü Dmitri Kruqlov da kənarda qalacaq.


"Neftçi"də isə Mahir Şükürov cəza səbəbindən kənarda qalacaq. Ötən il kubokun finalındakı dava-dalaşa görə 6 oyunluq cəzalanan millimizin üzvü bu mövsüm 4 matçda meydana çıxmayıb. "Neftçi" finala çıxsa, Mahir bu oyunda meydana çıxa bilməyəcək.


"Neftçi"nin problemləri bununla bitmir. Bruno Bertuççi və Bahodir Nasimov zədədən əziyyət çəkir. Onların oynayıb-oynamayacağı bilinmir. "Sumqayıt"la oyunda zədələnərək meydanı erkən tərk edən Saşa Stamenkoviç tam sağalıb-sağalmadığı məlum deyil. Oğlu olduğu üçün Braziliyaya yollanan Flavinyonun da durumu qeyri-müəyyəndi.


Dənizli üçün son şans


Yarımfinalın digər matçına - "Xəzər Lənkəran" - "Qəbələ" matçına saat 19.00-da start veriləcək. Bu komandalar arasında ilk oyunda "Qəbələ" 3:0 hesablı qələbə qazandığından cavab matçının formal xarakter daşıyacağını düşünmək olar. Amma "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli çox inamlı danışaraq, cavab oyununda çox şeyin dəyişə biləcəyinə hamını əmin etməyə çalışır. Bu səbəbdən sabah "Xəzər Lənkəran"dan sürpriz gözləməyə dəyər.


Hər iki komanda bütün ümidini kuboka bağlayıb. Premyer Liqada 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan "Qəbələ"nin Avropa Liqasına vəsiqə üçün nəzəri şansları var. Amma bu olduqca çətin görünür. Ona görə də Yuri Syominin komandası Avropaya kubokdan çıxmaq istəyir. "Xəzər Lənkəran" isə 39 xalla 7-ci pilləni tutur və Avropa Liqasına vəsiqə qazanmaq şansı yoxdu. Bu səbəbdən Mustafa Dənizlinin komanası 10 illiyində kuboku qazanmağa məcburdu. Hər iki baş məşqçi postunu qorumaq üçün kuboku qazanmağa çalışır. Uğursuzluq onlardan birinin işini itirməsi ilə nəticələnə bilər.


İlk oyunda 3:0 hesablı qələbə qazanan "Qəbələ" istənilən hesablı heç-heçə və qələbə, həmçinin 0:1, 0:2 hesablı məğlubiyyətlərlə, həmçinin 1 qol vurmaq şərti ilə 3 top fərqli yenilgilərlə mərhələ adlayacaq. "Xəzər Lənkəran" isə mərhələ keçmək üçün ən azı 4 top fərqli qələbəyə sevinməlidi. 3:0 matçın əlavə vaxta getməsinə səbəb olacaq.


"Xəzər Lənkəran"da 1, "Qəbələ"də 2 əskik


Hər iki komanda meydana itkilərlə çıxacaq. "Xəzər Lənkəran"da Adrian Pitin oynamayacağı dəqiqdi. AZAL-la Premyer Liqa matçının gedişində meydana çıxan və bir müddət sonra yenidən zədələnən rumın oyunçu bir müddət də istirahət etməli olacaq. Heyətində cəzalı oyunçu olmayan Lənkəran klubunda hələlik Pitdən başqa heç kim zədədən əziyyət çəkmir.


"Qəbələ" isə iki aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək. "Xəzər Lənkəran"la ilk oyunda cəzalanaraq sarı vərəqə limitini dolduran Marat İzmayılov Lənkəranda oynamayacaq. Elnur Allahverdiyev də sabiq komandasına qarşı forma geyinməyəcək. Ötən mövsüm kubokun finalındakı olaylara görə 6 oyunluq cəzalanan millimizin üzvü "Qəbələ" finala çıxsa belə, oynaya bilməyəcəkdi. Üstəlik ilk oyunda hakimi söyən müdafiəçi daha 5 oyunluq cəzalanıb. Bu isə o deməkdi ki, Elnurun gələn mövsüm çıxış etdiyi komanda finala çıxa bilsə, o, yalnız həmin matçda kubok oyununa çıxa biləcək.


Azərbaycan Kuboku

2013/14 mövsümü

1/2 final (cavab oyunları)


24 aprel

Rəvan - Neftçi

"Bayıl Arena". Saat 17.00.


Xəzər Lənkəran - Qəbələ

"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 19.00.


Bombardirlər: Mbilla Etame (Xəzər Lənkəran) - 3. Nizami Hacıyev (Qəbələ), Viktor Mendi (Qəbələ), Sadio Tounkara (Xəzər Lənkəran), Vüsal Qarayev (Rəvan), Aleksandr İaşvili (İnter), Asif Məmmədov (İnter), Reynaldo Silva (Qarabağ), Rəşad Eyyubov (Simurq), Elvin Adişirinli (Şuşa).


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X