Argentinalı hücumçu Lionel Messinin "Barselona"ya qayıdışı tezliklə rəsmiləşəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Catalunya Radio"su yayıb.
Mənbənin məlumatına görə, futbolçunun agenti və atası Xorxe Messi yaxın günlərdə kataloniyalılarla danışıqları başa çatdıracaq.
Lionelin özü məsələ ilə bağlı komandanın baş məşqçisi Xavi Hernandeslə şəxsən əlaqə saxlayır. Klubda hər kəs Messinin seçimini dəstəkləyir və onun "Camp Nou"ya qayıtmasını gözləyir.
Ulduz forvardın Fransa PSJ-si ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. Onunla MLS və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
"Barselona"nın yetirməsi olan Lionel 2005-2021-ci illərdə Kataloniya komandasının şərəfini qoruyub.
Mirağa