Fransa millisinin hücumçusu Olivye Jiru AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İrlandiyanı 1:0 hesabı ilə yendikləri matçda meydana çıxaraq rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, Jiru 36 yaş 178 günlüyündə bu oyunda iştirak edərək Fransa millisində 21-ci əsrdə rəsmi matça çıxmış ən yaşlı futbolçu olub.
Olivye 36 yaş 164 günlüyündə "xoruzlar"ın formasını geyinmiş Lilian Türamın rekordunu yeniləyib.
Qeyd edək ki, Fransa millisində ümumilikdə 121 matça çıxan Jiru 53 qol vurub. DÇ-2018-in qalibi adını qazanmış "Milan"ın forvardı milli tarixinin ən yaxşı bombardiridir.
Nihat