"Barselona"nın yarımmüdafiəçisi Qavi növbəti mövsümə başqa Avropa nəhəngində başlaya bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, bir neçə ildir ki, bu futbolçu ilə maraqlanan "Bayern Münhen" mövcud vəziyyəti nəzarətdə saxlayır və 18 yaşlı futbolçunun yayda azad agent statusu daşıyacağına ümid edir. Mənbə Qavinin mövqeyində çıxış edən bir neçə futbolçuya sahib Münhen klubunun indilik sözügedən oyunçu ilə əlaqə saxlamadığını, lakin münasib anın yütişməsini gözlədiyini vurğulayıb.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə "Barsa" forması ilə 37 oyuna çıxan Qavi 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat